Ori and the Blind Forest Yüklə

2015-ci ildə Moon Studios firması tərəfindən hazırlanan yayımını Microsoft Studios firmasının etdiyi ən yaxşı platforma oyunlarından biri sayılan Ori and the Blind Forest oyunu.

Ori and the Blind Forest: Definitive Edition Full Yüklə

2015-ci ildə Moon Studios firması tərəfindən hazırlanan yayımını Microsoft Studios firmasının etdiyi ən yaxşı platforma oyunlarından biri sayılan Ori and the Blind Forest oyunu. Oyun elə yayımlandığı il böyük rəğbətlə qarşılanmış və bir çox mükafata layiq görülmüşdür. Ori and the Blind Forest daha giriş ekranından musiqi və arxa plandakı möhtəşəm mənzərə ilə nə qədər keyfiyyətli bir oyun olduğunu bizlərə göstərir. Oyuna başladıqdan və bir az getdikdən sonra yavaş-yavaş vizuallığı və musiqiləri sizi ovsunlayıb içinə çəkməyə başlayır.

Kiçik bir qəhrəmanın hekayəsini mövzu edir Ori and Blind Forest. Fantastik bir dünyada, bütün meşəyə can verən Ruh Ağacından qopan bir yarpağın fiziki bir həyat formasına çevrilməsi ilə həyat tapır Ori. İki ayaq üstündə yeriyən ağ pişik görünüşündəki Ori, Naru adlı bir canlı tərəfindən böyük bir sevgi ilə böyüdülür. Bir-birinə sıx bağlı olan iki sevgi tumurcuğunun xoşbəxt günləri təəssüf ki, uzun sürmür. Heç gözlənilməyən bir anda Ruh Ağacı köhnə gücünü itirəndə, bütün meşə məhsuldarlıqdan, təbii sərvətdən və həyat enerjisindən məhrum qalır. Bir vaxtlar cənnətdən bir bağça kimi görünən meşə müdafiəsiz qalınca təhlükələrlə dolu qaranlıq bir atmosferə bürünür. Ori də bu xaotik mühiti yenidən əvvəlki halına gətirmək üçün Ruh Ağacının ona verdiyi gücü istifadə edərək çətin bir səfərə çıxır.
Oyunun hekayəsi eyni zamanda həm qaranlıq, həm də cəsarət vericidir. Sevgi, fədakarlıq və ümid haqqında olan bu oyun əslində macəra kimi görünsə də içərisində çox dərin duyğusal hekayələr saxlayır deyə bilərik.

Oynanış cəhətdən baxsaq oyunda platforma növündə çox tez-tez qarşılaşmadığımız şəkildə bir istedad ağacına yer verilib. Ancaq hər nə qədər istedad ağacı desək də personajınıza bu şəkildə mükəmməl xüsusiyyətlər əlavə edə bilmirsiniz. Sadəcə aldığınız canların daha çox təsirli olması, su altında nəfəs ala bilmə, xəritədə müxtəlif toplana bilər əşyaların görünməsi kimi təkmilləşdirmələr yer alır. Əsl istedadlarınız hekayə gedişinə bağlı olaraq açılır bunları oynayaraq görməyinizin daha faydalı olacağını düşündüyüm üçün açıqlamaq istəmirəm. Oyunda qeyd etmə sistemi də olduqca gözəl hazırlanıb. Oyun ərzində topladığınız enerjilər ilə əgər kifayət qədər enerjiyə sahib olsanız oyunu qeyd edə bilirsiniz. Bununla yanaşı müəyyən hissələrdə öldükdə ən başdan başlamağınız lazım olan sürətli oynanışa malik hissələr var.

Bu tərz oyunları sevirsinizsə möhtəşəm vizuallığı və musiqiləri ilə Ori and the Blind Forest oynayacağınız oyunlar arasında ilk sıralarda olmalıdır. 



Sistem Tələbləri:

- ƏMƏLİYYAT SİSTEMİ: Windows 7 / Windows 8 / Windows 10
- PROSESSOR: Intel Core 2 Duo E4500 @ 2.2GHz / AMD Athlon 64 X2 5600+ @ 2.8 GHz
- RAM: 4 GB
- VİDEO KART: GeForce 240 GT or Radeon HD 6570 – 1024 MB
- HARD DİSK: 8 GB
- DirectX: 9.0c



Oyunun Həcmi: 3.6 GB



Oyundan Görüntülər:
Macəra oyunu yüklə

Platfroma oyunları yüklə


Tanıtım Videosu: 



YÜKLƏMƏ LİNKİ: YÜKLƏ

YÜKLƏMƏ LİNKİ [TORRENT]: YÜKLƏ

0 Response to " Ori and the Blind Forest Yüklə "

Müharibə

Maşın

Strategiya